Azərbaycan Avropaya nar ixrac etməyi planlaşdırır

Azərbaycan Avropaya nar ixrac etməyi planlaşdırır “Azərbaycan Avropanın bir sıra ölkələrinə nar ixrac etməyi planlaşdırır”.
Biznes
160
28 Mart , 2019 18:21
Azərbaycan Avropaya nar ixrac etməyi planlaşdırır

“Azərbaycan Avropanın bir sıra ölkələrinə nar ixrac etməyi planlaşdırır”.

Bunu “Report”a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov bildirib.

Onun sözlərinə görə, hazırda Latviya, Polşa, Fransaya ixracla bağlı danışıqlar aparılır: “Sözügedən ölkələr üçün məhsulun keyfiyyəti çox vacib bir məsələdir. Bununla bağlı yerli istehsalçılar tərəfindən keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu ölkələrə məhsulun ixracını həyata keçirilməsi sentyabrda gözlənilir”.

Y.Axundov əlavə edib ki, ötən il Azərbaycanda 180 min ton nar istehsal edilib: “13 mln. dollarlıq da məhsul ixrac edilib. 2019-cu ilin ilk üç ayı ərzində cuzi həcmdə nar ixrac edilib. İxrac həyata keçirilmiş ölkələr Rusiya, Ukrayna, Qazaxıstana olub”.

O həmçinin nar emalı müəssələri ilə bağlı danışıb: “Müəssisələrin yaradılması Aran rayonlarında nəzərdə tutulur. Hələlik bu məsələ müzakirə mərhələsindədir”.

Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı" vələsdir.

Son xəbərlər

Orphus sistemi