Azərbaycan Argentina və Braziliyaya karbamid satışını bərpa edib

Biznes
  • 29 oktyabr, 2024
  • 08:30
Azərbaycan Argentina və Braziliyaya karbamid satışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 78,65 milyon ABŞ dolları dəyərində 361 min 643 ton karbamid ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 40,41 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 196 min 626 ton (+6,4 dəfə), Türkiyəyə 17,4 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 86 min 174 ton (+11 dəfə), Rumıniyaya 11,64 milyon ABŞ dolları dəyərində (-25 %) 57 min 489 ton (-15 %), Braziliyaya 5,7 milyon ABŞ dolları dəyərində 6 min 345 ton, Amerika Birləşmiş Ştatlarına 1,25 milyon ABŞ dolları dəyərində 4 min 240 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan 2 il 1 aylıq aradan sonra Argentinaya (682,42 min ABŞ dolları dəyərində 2 min 967 ton) və 2 il 3 aylıq aradan sonra Braziliyaya karbamid tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 362 min 207 ton karbamidin 33,8 %-i Rumıniyanın, 17 %-i Ukraynanın, 17 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə