Azərbaycan aqrar sektorun hədəfləri arasında toxumçuluğun inkişafını ön plana çıxarıb

Azərbaycan aqrar sektorun hədəfləri arasında toxumçuluğun inkişafını ön plana çıxarıb Ölkədə toxumçuluq müəssisəsinin tikintisinə başlanılıb
Biznes
17 May , 2017 12:34
Azərbaycan aqrar sektorun hədəfləri arasında toxumçuluğun inkişafını ön plana çıxarıb
Kənd təsərrüfatı naziri Heydər Əsədov / Report

Bakı. 17 may. REPORT.AZ/ "Bu il kənd təsərrüfatının hədəfləri arasında toxumçuluğun inkişafı birinci yerdədir. Bunun üçün Azərbaycanda böyük tərəvəz, kartof toxumçuluğu müəssisəsinin tikintisinə başlamışıq. Yəqin ki, bu ilin sonunda istifadəyə veriləcək".

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.

"Gələcəkdə də toxum istehsalı və emalı ilə bağlı zavodlarının tikintisini hədəfləyirik. Eyni zamanda ciddi nəzarət sistemi formalaşdırırıq. Ancaq xüsusi toxumçuluqla məşğul olanlara sertifikatlar verilir. Bu sahədə ciddi nəzarət var. Toxumun keyfiyyətinin artırılması ümumi məhsul istehsalının artırılmasında böyük rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi