Azərbaycan apreldə Türkiyədən geyim idxalına xərclərini 2 dəfə artırıb

Biznes
  • 07 may, 2022
  • 07:25
Azərbaycan apreldə Türkiyədən geyim idxalına xərclərini 2 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 20,239 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 % çoxdur.

Təkcə bu ilin aprel ayında isə Türkiyə Azərbaycana 6,780 milyon ABŞ dollarlıq geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 2,1 dəfə çoxdur.

Bu ilin ilk 4 ayında Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 18,5 % artaraq 7,494 milyard ABŞ dollarına, aprel ayında isə geyim məhsulları ixracının dəyəri 25,6 % artaraq 2,042 milyard ABŞ dollarına çatıb.