Azərbaycan Almaniyaya yaşıl çay ixracını 100 dəfə artırıb

Biznes
  • 22 may, 2024
  • 11:41
Azərbaycan Almaniyaya yaşıl çay ixracını 100 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 131 min ABŞ dolları dəyərində 21,4 ton yaşıl çay ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 78 min ABŞ dolları dəyərində bir il əvvəlki göstəricidən 4 % çoxdur) 14 ton (+8 %), Polşaya 12,7 min ABŞ dolları dəyərində (+27 dəfə) 1,95 ton (+39 %), Moldovaya 8,5 min ABŞ dolları dəyərində (-6 %) 1,3 ton (-10 %), Gürcüstana 7,8 min ABŞ dolları dəyərində (+1,2 %) 1,1 ton (+17 %), Almaniyaya 14,15 min ABŞ dolları dəyərində (+140 dəfə) 2 ton (+100 dəfə) yaşıl çay satıb.

2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 69 ton yaşıl çayın 74 %-i Ukraynanın payına düşüb.