Azərbaycan Almaniyaya duz ixracını 168 dəfə artırıb

Biznes
  • 27 may, 2024
  • 12:40
Azərbaycan Almaniyaya duz ixracını 168 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan 636 min ABŞ dolları dəyərində 6 min 170 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 58,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 376 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 4 min 539 ton (+69 %), Gürcüstana 257 min ABŞ dolları dəyərində (+54 %) 1 min 610 ton (+49 %), Ukraynaya 2 min ABŞ dolları dəyərində (-27 %) 20 ton (-0,1 %), Almaniyaya 0,3 min ABŞ dolları dəyərində (+32 dəfə) 1,7 ton (+168 dəfə), Kanadaya 0,2 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 6 ölkəyə ixrac edilmiş 10 min 793 ton duzun 56,2 %-i Gürcüstanın, 41,6 %-i Rusiyanın payına düşüb.