Azərbaycan Almaniyadan toyuq ətinin alışını bərpa edib

Biznes
  • 10 fevral, 2025
  • 07:37
Azərbaycan Almaniyadan toyuq ətinin alışını bərpa edib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 59,8 milyon ABŞ dolları dəyərində 35 min ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Hesabat dövründə Azərbaycana Ukraynadan 23,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 53 % çoxdur) 15 058 ton (+49 %), Rusiyadan 22,3 milyon ABŞ dolları dəyərində (+73 %) 12 064 ton (+49 %), Belarusdan 6,5 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 4 451 ton (+2,6 dəfə), Gürcüstandan 4,1 milyon ABŞ dolları dəyərində (-38 %) 2 111 ton (-39 %), Özbəkistandan 2,8 milyon ABŞ dolları dəyərində 1 180 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Azərbaycan 5 il 5 aylıq fasilənin ardından Almaniyadan toyuq ətinin tədarükünü (5,4 min ABŞ dolları dəyərində 0,8 ton) bərpa edib.