Azərbaycan Almaniyadan qələm idxalını iki dəfədən çox artırıb
- 11 sentyabr, 2023
- 07:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 1,7 milyon ABŞ dolları dəyərində 29 milyon 205 min ədəd qələm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Hesabat dövründə Çindən 963,34 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % çoxdur) 18 milyon 295 min ədəd (+42 %), Türkiyədən 241 min ABŞ dolları dəyərində (+45 %) 3 milyon 815 min ədəd (+48 %), Hindistandan 227,1 min ABŞ dolları dəyərində (+13 %) 5 milyon 280 min ədəd (+35 %), Almaniyadan 80 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 116 min ədəd (+2,1 dəfə), Banqladeşdən 41,14 min ABŞ dolları dəyərində 1 milyon 222 min ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (45 ölkədən) idxal edilmiş 58,669 milyon ədəd qələmin 73,6 %-i Çinin payına düşüb.