Azərbaycan Almaniyadan pestisid alışını kəskin artırıb

Biznes
  • 02 may, 2024
  • 08:47
Azərbaycan Almaniyadan pestisid alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 8,91 milyon ABŞ dolları dəyərində 1 min 357 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 % azdır, kəmiyyət olaraq – 15,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 5,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 853 ton (+14 %), İsraildən 706 min ABŞ dolları dəyərində (-14 %) 45,5 ton (+45 %), Rusiyadan 603 min ABŞ dolları dəyərində (-56 %) 108,4 ton (-12 %), Çindən 500,4 min ABŞ dolları dəyərində (-22 %) 77,31 ton (-6 %), Almaniyadan 448,1 min ABŞ dolları dəyərində (-25 %) 78 ton (+3 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 41 ölkədən idxal edilmiş 8 min 233 ton pestisidin 55,1 %-i Türkiyənin payına düşüb.