Azərbaycan Almaniyadan pendir tədarükünü kəskin artırıb
- 13 aprel, 2023
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycana 2 milyon ABŞ dolları dəyərində 422,3 ton pendir idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 910,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 dəfə çoxdur) 149,1 ton (+3,5 dəfə), Litvadan 321 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 53 ton (+2,1 dəfə), İrandan 276,2 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 151,3 ton (+2,1 dəfə), Türkiyədən 112,3 min ABŞ dolları dəyərində (-41 %) 19 ton (-62 %), Rusiyadan 106,7 min ABŞ dolları dəyərində (-5 %) 19 ton (-34 %) məhsul alıb.
2022-ci ildə Azərbaycanın xaricdən (31 ölkədən) aldığı 25 milyon ABŞ dolları dəyərində pendirin 15,3 %-i Litvanın, 14,2 %-i Türkiyənin, 13,5 %-i Almaniyanın, 12,7 %-i İranın, 10,2 %-i Belarusun payına düşüb.