Bakı. 30 yanvar. REPORT.AZ/ Sabah Bakıda ticarət və investisiyalar üzrə Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun 8-ci iclası keçiriləcək.
“Report” bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, hər iki tərəfdən müxtəlif nazirliklərin nümayəndələrinin iştirak edəcəyi bu iclas 2017-ci ilin noyabrında Berlində keçirilmiş görüşün davamıdır.
İclasda son illərdə əməkdaşlıq, aktual ticarət və iqtisadi əlaqələr, eləcə də Almaniya və Azərbaycan arasında əməkdaşlığın daha genişləndirilməsi perspektivlərinin müzakirəsi gözlənilir. Bu iclasa paralel olaraq Almaniyanın iqtisadiyyat nazirinin müavini, millət vəkili Barays da yüksək səviyyəli danışıqlarda iştirak etmək üçün Bakıya gəlir.