Azərbaycan ABŞ-yə vafli ixracını bərpa edib

Biznes
  • 13 avqust, 2024
  • 08:48
Azərbaycan ABŞ-yə vafli ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,5 milyon ABŞ dolları dəyərində 696,1 ton vafli və vafli həbləri ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 19 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 651 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,3 % çoxdur) 267,5 ton (+10 %), Yəmənə 636 min ABŞ dolları dəyərində (-50 %) 267 ton (-46 %), İraqa 146 min ABŞ dolları dəyərində (+25 dəfə) 68 ton (+38 dəfə), Rusiyaya 32 min ABŞ dolları dəyərində (+36 dəfə) 10 ton (+11 dəfə), İrana 19,4 min ABŞ dolları dəyərində (-2,8 %) 9,5 ton (+2,4 %) məhsul satıb.

Azərbaycan 6 il 4 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarına (3,6 min ABŞ dolları dəyərində 0,85 ton) vafli tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 20 ölkəyə ixrac edilmiş 1 min 586 ton vaflinin 49,4 %-i Gürcüstanın, 36,9 %-i Yəmənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti