Azərbaycan ABŞ-dən xardal idxalını 14 dəfə artırıb
- 15 avqust, 2024
- 13:00
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 147,1 min ABŞ dolları dəyərində 50,3 ton xardal tozu və hazır xardal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 44,9 min ABŞ dolları dəyərində 3,8 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 39,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 27,9 ton (+87 %), Amerika Birləşmiş Ştatlarından 26,4 min ABŞ dolları dəyərində (+13 dəfə) 8,5 ton (+14 dəfə), Fransadan 8,9 min ABŞ dolları dəyərində (+7 dəfə) 1,3 ton(+8 dəfə), Niderlanddan 7,7 min ABŞ dolları dəyərində (-68 %) 2,5 ton (-64 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 114 ton xardalın 51,8 %-i Rusiyanın payına düşüb.