Azərbaycan ABŞ-dən smartfon tədarükünü 37 dəfə artırıb
- 30 may, 2024
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 93,7 milyon ABŞ dolları dəyərində 334 min 842 ədəd smartfon idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 67,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 255 min 687 ədəd (+52 %), Vyetnamdan 20,12 milyon ABŞ dolları dəyərində (+5,2 %) 57 min 896 ədəd (-14 %), Hindistandan 4,34 milyon ABŞ dolları dəyərində (-49 %) 19 min 374 ədəd (-24 %), Amerika Birləşmiş Ştatlarından 1,99 milyon ABŞ dolları dəyərində (+46 dəfə) 1 min 684 ədəd (+37 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 57 min ABŞ dolları dəyərində 50 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 1,27 milyon ədəd smartfonun 72,8 %-i Çinin payına düşüb.