Azərbaycan ABŞ-dən PVC alışını kəskin artırıb

Biznes
  • 08 avqust, 2025
  • 16:44
Azərbaycan ABŞ-dən PVC alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 9,2 milyon ABŞ dolları dəyərində 11 126 ton polivinilxlorid (PVC) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 16,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % az) 7 300 ton (-1,3 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 606 ton (+4,3 dəfə), İrandan 1,1 milyon ABŞ dolları dəyərində (-12 %) 1 198 ton (-7 %), Türkiyədən 972 min ABŞ dolları dəyərində (+2 dəfə) 659 ton (+3 dəfə), Çindən 384 min ABŞ dolları dəyərində 333 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 31,3 min ton PVC-nin 80 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti