Azərbaycan ABŞ-dən kakao tədarük etməyə başlayıb  

Biznes
  • 10 yanvar, 2024
  • 07:42
Azərbaycan ABŞ-dən kakao tədarük etməyə başlayıb  

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,65 milyon ABŞ dolları dəyərində 660 ton kakao tozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 28 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 324 ton (-47 %), Niderlanddan 400 min ABŞ dolları dəyərində (+63 %) 100 ton (+39 %), Kot-d'İvuardan 168 min ABŞ dolları dəyərində (+19 %) 43,2 ton (-9 %), Rusiyadan 165 min ABŞ dolları dəyərində (-40 %) 53,2 ton (-35 %), İndoneziyadan 129 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 60 ton (+3,3 dəfə) kakao tozu alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarından (ABŞ) (2,66 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 1 min 105 ton kakao tozunun 63,9 %-i Türkiyənin payına düşüb.