Azərbaycan ABŞ-dan qum alışını kəskin artırıb
- 31 avqust, 2023
- 08:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 33 min 649 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % azdır) 31 min 751 ton (-13 %), Türkiyədən 308 min ABŞ dolları dəyərində (+23 %) 1 min 142 ton (+1,7 %), Amerika Birləşmiş Ştatlarından 95 min ABŞ dolları dəyərində (+731 dəfə) 101 ton (+10 100 dəfə), İrandan 85 min ABŞ dolları dəyərində (-67 %) 567 ton (-58 %), İtaliyadan 40,85 min ABŞ dolları dəyərində (-72 %) 30 ton (-49 %) qum alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 86 min 860 ton qumun 95 %-i Rusiyanın payına düşüb.