Azərbaycan 9 ayda Cənub-Şərqi Anadoludan 10 milyon dollarlıq dənli və paxlalı bitki idxal edib
- 16 oktyabr, 2023
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-sentyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 9,83 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,1 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 2 milyard 811,6 milyon ABŞ dollarlıq dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 8,6 % çoxdur.
9 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracını Yaxın Şərq ölkələrinə (1 milyard 278,3 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 8,7 % azdır.
Onları Afrika ölkələri (623,7 milyon ABŞ dolları) və Avropa İttifaqı ölkələri (438,6 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 5,2 % az və 6 dəfə çoxdur.