Azərbaycan 7 ayda Gürcüstandan 84 milyon dollarlıq yerli istehsal malı alıb
- 24 avqust, 2023
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 83,839 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da illik müqayisədə 15 % çoxdur.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycana ixrac qonşu ölkənin 7 aylıq yerli məhsul ixracının 4,9 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 728,155 milyon ABŞ dolları dəyərində yerli istehsal mal ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 22 % azdır.
7 ayda Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (323,628 milyon ABŞ dolları; 13 % çox), Türkiyə (236,699 milyon ABŞ dolları; 13,7 % az), Çin (217,484 milyon ABŞ dolları; 2,1 dəfə az), Bolqarıstan (153,182 milyon ABŞ dolları; 34,3 % az) və Ermənsitan (93,548 milyon ABŞ dolları; 9,4 % az) olub.