Azərbaycan 7 ayda Cənub-Şərqi Anadoludan 3 milyon dollarlıq xalça idxal edib

Biznes
  • 04 avqust, 2023
  • 12:08
Azərbaycan 7 ayda Cənub-Şərqi Anadoludan 3 milyon dollarlıq xalça idxal edib

Bu il yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,919 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 % çoxdur.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 966,276 milyon dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 5,2 % azdır.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixracı Amerika qitəsinə (313,378 milyon ABŞ dolları; 14,6 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (266,815 milyon ABŞ dolları; illik müqayisədə 32,7 % çox) və Avropa İttifaqı ölkələri (126,996 milyon ABŞ dolları; illik müqayisədə 24,3 % az) izləyib.