Azərbaycan 5 ayda Cənub-Şərqi Anadoludan 34 milyon dollarlıq mal idxal edib
- 23 iyun, 2023
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 34,071 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə 4 433,239 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 10 % azdır.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (1 804,750 milyon ABŞ dolları; illik müqayisədə 7 % az) həyata keçirilib. Onu Avropa İttifaqı (Aİ) ölkələri (673,359 milyon ABŞ dolları; 24 % az) və Afrika ölkələri (647,927 milyon ABŞ dolları; 21 % az) izləyib.