Azərbaycan 4 ölkədən tərəvəz toxumunun idxalını bərpa edib

Biznes
  • 28 oktyabr, 2022
  • 09:08
Azərbaycan 4 ölkədən tərəvəz toxumunun idxalını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 7,9 milyon ABŞ dolları dəyərində 72,4 ton tərəvəz toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 5,2 % azdır.

Hesabat dövründə Fransadan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 10,8 ton (+6,5 dəfə), Perudan 1,1 milyon ABŞ dolları dəyərində (-47,1 %) 0,1 ton (dəyişməyib), Braziliyadan 959 min ABŞ dolları dəyərində (+5,2 dəfə) 0,05 ton (-80 %), Qvatemaladan 855 min ABŞ dolları dəyərində (+102 dəfə) 0,01 ton (dəyişməyib), Türkiyədən 835 min ABŞ dolları dəyərində (-28,8 %) 14,9 ton (+25,5 %) məhsul alınıb.

Altı il 11 aylıq aradan sonra Boliviyadan, 2 il 4 aylıq fasilənin ardından Çexiyadan, 1 il 5 ayın tamamında Vyetnamdan, 1 ildən sonra Almaniyadan tədarük bərpa edilib. Həmin ölkədən müvafiq olaraq 1,1 min ABŞ dolları dəyərində 0,01 ton, 36 min ABŞ dolları dəyərində 14,26 ton, 2 min ABŞ dolları dəyərində 0,01 ton, 9 min ABŞ dolları dəyərində 1,9 ton tərəvəz toxumu alınıb.

44 filmi