Azərbaycan 4 ölkədən düyü idxalını bərpa edib

Biznes
  • 05 mart, 2024
  • 13:08
Azərbaycan 4 ölkədən düyü idxalını bərpa edib

2023-cü ildə Azərbaycana 50 milyon ABŞ dolları dəyərində 54 min 591 ton düyü idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 42,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 45 min ton (+20 %), Çindən 3 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 3 min 689 ton (+16 dəfə), Pakistandan 2,1 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 2 min 558 ton (+2,4 dəfə), Vyetnamdan 1 milyon ABŞ dolları dəyərində (+310 dəfə) 1 min 296 ton (+438 dəfə), Tailanddan 809 min ABŞ dolları dəyərində (-15 %) 1 min 104 ton (-10 %) düyü alıb.

Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Avstraliyadan (60,75 min ABŞ dolları dəyərində 75 ton), 2 il 9 aydan sonra Myanmadan (1,7 min ABŞ dolları dəyərində 0,9 ton), 1 il 10 ayın tamamında Bolqarıstandan (6 min ABŞ dolları dəyərində 9,75 ton) və 1 il 7 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (0,65 min ABŞ dolları dəyərində 0,4 ton) düyü tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana 22 ölkədən idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın payına düşüb.