Azərbaycan 4 ayda Gürcüstanın siqaret aldığı ikinci əsas bazar olub

Biznes
  • 21 may, 2024
  • 06:40
Azərbaycan 4 ayda Gürcüstanın siqaret aldığı ikinci əsas bazar olub

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 5 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 25 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 12 % azdır. O cümlədən Gürcüstan Litvadan 12,95 milyon ABŞ dolları, Ermənistandan 4 milyon ABŞ dolları, Türkiyədən 3,8 milyon ABŞ dolları, Çexiyadan isə 3,2 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti