Azərbaycan 3 ölkəyə konteyner tədarükünü bərpa edib
- 28 mart, 2024
- 06:20
2023-cü ildə Azərbaycan 328 min ABŞ dolları dəyərində 42 ədəd konteyner ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq 56 % çoxdur.
Hesabat dövründə Azərbaycan Sinqapura 204 min ABŞ dolları dəyərində 2 ədəd, Böyük Britaniyaya 72,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 25 ədəd (+4 dəfə), Gürcüstana 28,85 min ABŞ dolları dəyərində (-12 %) 4 ədəd (-33 %), Danimarkaya 7,5 min ABŞ dolları dəyərində 1 ədəd, Norveçə 5,9 min ABŞ dolları dəyərində (-25 %) 2 ədəd (dəyişməyib) məhsul satıb.
Azərbaycan 2 il 1 aydan sonra Türkiyəyə (3,2 min ABŞ dolları dəyərində 2 ədəd), 5 il 10 ayın tamamında Sinqapura və 5 il 4 aylıq fasilənin ardından Danimarkaya konteyner tədarükünü bərpa edib.