Azərbaycan 3 ölkəyə günəbaxan yağının ixracını bərpa edib

Biznes
  • 22 dekabr, 2023
  • 09:19
Azərbaycan 3 ölkəyə günəbaxan yağının ixracını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 43,3 milyon ABŞ dolları dəyərində 44 min 329 ton günəbaxan yağı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 % azdır, kəmiyyət olaraq – 34 % çoxdur.

Azərbaycan Rusiyadan 42 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 43 min 607 ton (+52 %), Türkiyədən 904 min ABŞ dolları dəyərində (-89 %) 572 ton (-86 %), Ukraynadan 147,4 min ABŞ dolları dəyərində (+6 %) 80,6 ton (+5 %), İtaliyadan 117 min ABŞ dolları dəyərində (+50 %) 44 ton (+47 %), Qazaxıstandan 31 min ABŞ dolları dəyərində 20,6 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 2,45 milyon ABŞ dolları dəyərində (-71 %) 1 min 624 ton (-61 %) günəbaxan yağı ixrac edilib.

Azərbaycan İraqa 1,8 milyon ABŞ dolları dəyərində (-65 %) 1 min 144 ton (-53 %), Gürcüstana 648,7 min ABŞ dolları dəyərində (-81 %) 470 ton (-70 %), Qırğızıstana 9 min ABŞ dolları dəyərində 6,4 ton, Amerika Birləşmiş Ştatlarına 2,1 min ABŞ dolları dəyərində (-28 %) 1,2 ton (-15 %), Kanadaya 1,7 min ABŞ dolları dəyərində (-12 %) 0,87 ton (dəyişməyib) məhsul satıb.

Yeddi il 1 aylıq fasilənin ardından Azərbaycandan Almaniyaya (0,01 min ABŞ dolları dəyərində 0,01 ton), 4 il 11 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərinə (0,25 min ABŞ dolları dəyərində 0,08 ton) və 1 il 10 aydan sonra Qırğızıstana günəbaxan yağı tədarükü bərpa edilib.

44 filmi