Azərbaycan 3 ölkəyə göbələk ixracını bərpa edib

Biznes
  • 18 fevral, 2025
  • 10:38
Azərbaycan 3 ölkəyə göbələk ixracını bərpa edib

2024-cü ildə Azərbaycan 194,2 min ABŞ dolları dəyərində 308 ton göbələk (təzə və ya soyudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 183,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 305,7 ton (+25 %), Küveytə 7 min ABŞ dolları dəyərində 1,35 ton, Səudiyyə Ərəbistanına 2,35 min ABŞ dolları dəyərində 0,5 ton və Qətərə 1,4 min ABŞ dolları dəyərində 0,3 ton məhsul satıb.

Azərbaycan 4 il 1 ayın tamamında Qətərə, 3 il 7 aylıq fasilənin ardından Səudiyyə Ərəbistanına və 1 il 11 aydan sonra Küveytə tədarükü bərpa edib.