Azərbaycan 3 ölkəyə avtomobil ixracını bərpa edib

Biznes
  • 13 oktyabr, 2022
  • 05:35
Azərbaycan 3 ölkəyə avtomobil ixracını bərpa edib

Bu ilin ilk 7 ayı ərzində Azərbaycan 6,468 milyon ABŞ dolları dəyərində 58 ədəd minik atomobili ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Qazaxıstana 3,63 milyon ABŞ dolları dəyərində 26 ədəd, Gürcüstana 1,01 milyon ABŞ dolları dəyərində 13 ədəd, Rusiyaya 905 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 dəfə çoxdur) 11 ədəd (+5,5 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 818,92 min ABŞ dolları dəyərində (-13,2 %) 4 ədəd (-60 %), Almaniyaya 63,34 min ABŞ dolları dəyərində (-83,6 %) 2 ədəd (-50 %) və Kanadaya 45 min ABŞ dolları dəyərində 2 ədəd avtomobil satılıb.

Dörd ilin tamamında Kanadaya, 2 il 11 aylıq fasilənin ardından Qazaxıstana, 1 il 2 aydan sonra Gürcüstana tədarük bərpa edilib.