Azərbaycan 3 ölkədən üzüm tədarükünü bərpa edib
- 11 mart, 2024
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 374 min ABŞ dolları dəyərində 372 ton təzə üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 19 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 287,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 dəfə çoxdur) 287 ton (+24 dəfə), Rusiyadan 37,4 min ABŞ dolları dəyərində (+52 %) 37 ton (+3 %), Perudan 14,95 min ABŞ dolları dəyərində (+15 %) 14,9 ton (+15 %), Çilidən 9,55 min ABŞ dolları dəyərində (-63%) 8 ton (-69 %), Cənubi Afrikadan 9,35 min ABŞ dolları dəyərində (-28 %) 9,3 ton (-28 %) məhsul alıb.
Azərbaycan 4 il 7 ayın tamamında Avstraliyadan (2,9 min ABŞ dolları dəyərində 2,9 ton), 3 il 8 aylıq fasilənin ardından Braziliyadan (0,7 min ABŞ dolları dəyərində 0,7 ton) və 1 il 10 aylıq aradan sonra Misirdən (2,4 min ABŞ dolları dəyərində 2,4 ton) tədarükü bərpa edib.