Azərbaycan 3 ölkədən şveller idxalını bərpa edib
- 14 mart, 2024
- 12:28
2023-cü ildə Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 7 min 779 ton şveller idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 3,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 5 min 504 ton (+82 %), Rusiyadan 1,6 milyon ABŞ dolları dəyərində (-2 %) 1 min 854 ton (+17 %), Türkiyədən 362 min ABŞ dolları dəyərində (-61 %) 348 ton (-53 %), Almaniyadan 54 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 17,2 ton (+4,3 dəfə), Böyük Britaniyadan 49,2 min ABŞ dolları dəyərində (+88 %) 10,86 ton (+2 dəfə) məmulat alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Lüksemburqdan (2,2 min ABŞ dolları dəyərində 0,4 ton), 2 il 5 ayın tamamında Çindən (4 min ABŞ dolları dəyərində 4,2 ton) və 2 il 1 aylıq aradan sonra İtaliyadan (4,45 min ABŞ dolları dəyərində 1,1 ton) şveller alışını bərpa edib.
2022-ci ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 5 min 605 ton şvellerin 54,8 %-i İranın, 28,4 %-i Rusiyanın payına düşüb.