Azərbaycan 3 ölkədən qurudulmuş ərik alışını kəskin artırıb

Biznes
  • 28 sentyabr, 2023
  • 09:07
Azərbaycan 3 ölkədən qurudulmuş ərik alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 2 milyon ABŞ dolları dəyərində 602 ton qurudulmuş ərik alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çoxdur) 245 ton (+2,7 dəfə), İrandan 812 min ABŞ dolları dəyərində (+4 dəfə) 269 ton (+2,7 dəfə), Özbəkistandan 176 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 88 ton (+2,4 dəfə) və Almaniyadan 0,2 min ABŞ dolları dəyərində (-64 %) 0,01 ton (-80 %) məhsul idxal edib.

2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 1 min 495 ton qurudulmuş ərikin 44,9 %-i İranın, 43,8 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti