Azərbaycan 3 ölkədən qum idxalını bərpa edib

Biznes
  • 29 fevral, 2024
  • 07:25
Azərbaycan 3 ölkədən qum idxalını bərpa edib

Ötən il Azərbaycan 5,3 milyon ABŞ dolları dəyərində 80 min 386 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 7 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 76 min 153 ton (-8 %), Türkiyədən 652 min ABŞ dolları dəyərində (+11,4 %) 2 min 295 ton (-2 %), İrandan 258 min ABŞ dolları dəyərində (-24 %) 1 min 724 ton (-6 %), Amerika Birləşmiş Ştatlarından 95 min ABŞ dolları dəyərində (+731 dəfə) 101 ton (+10 100 dəfə), Böyük Britaniyadan 85 min ABŞ dolları dəyərində (+20 %) 13,9 ton (-12 %) qum alıb.

Azərbaycan 2 il 2 aylıq aradan sonra Niderlanddan (35,8 min ABŞ dolları dəyərində 40,7 ton), 1 il 11 aylıq fasilənin ardından Rumıniyadan (1,1 min ABŞ dolları dəyərində 0,3 ton) və 1 il 10 ayın tamamında Hindistandan (6,7 min ABŞ dolları dəyərində 12,8 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 86 min 860 ton qumun 95 %-i Rusiyanın payına düşüb.

44 filmi