Azərbaycan 3 ölkədən qəhvə alışını bərpa edib
- 16 avqust, 2023
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 222 ton qəhvə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Hesabat dövründə Azərbaycana İtaliyadan 609,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,4 % çoxdur) 43,1 ton (+2,2 %), Braziliyadan 394,4 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 75 ton (+5 dəfə), Türkiyədən 333 min ABŞ dolları dəyərində (+26 %) 37,2 ton (-1,8 %), Niderlanddan 141 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 11 ton (+2,1 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 91 min ABŞ dolları dəyərində (-29 %) 5,7 ton (-38 %) məhsul gətirilib.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Belçikadan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton), 1 il 7 aylıq aradan sonra Burundidən (3,9 min ABŞ dolları dəyərində 0,35 ton) və 1 il 3 ayın tamamında İndoneziyadan (0,7 min ABŞ dolları dəyərində 0,06 ton) qəhvə idxalını bərpa edib.
2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 405 ton qəhvənin 24,7 %-i İtaliyanın, 23 %-i Türkiyənin, 18 %-i Braziliyanın payına düşüb.