Azərbaycan 3 ölkədən qayıq və kater idxal etməyə başlayıb

Biznes
  • 30 mart, 2024
  • 12:12
Azərbaycan 3 ölkədən qayıq və kater idxal etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 299 ədəd qayıq və kater idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 3,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 17 ədəd (+89 %), Çindən 100 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 172 ədəd (+3,4 dəfə), Portuqaliyadan 63,6 min ABŞ dolları dəyərində 71 ədəd, İtaliyadan 52,7 min ABŞ dolları dəyərində 14 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 41,3 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 4 ədəd (+2 dəfə) qayıq və kater alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (10,5 min ABŞ dolları dəyərində 1 ədəd), Ukraynadan (1,8 min ABŞ dolları dəyərində 1 ədəd) və Portuqaliyadan tədarük həyata keçirilib.