Azərbaycan 3 ölkədən pul maşını tədarükünü bərpa edib
- 22 mart, 2024
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 11,1 milyon ABŞ dolları dəyərində 68 min 62 ədəd pul maşını (pulların çeşidlənməsi, hesablanması və bağlanması üçün) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 5,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çoxdur) 346 ədəd (+2 dəfə), Macarıstandan 1,7 min ABŞ dolları dəyərində (+8,4 dəfə) 3 ədəd (-81 %), Çindən 1,5 milyon ABŞ dolları dəyərində (+25 %) 64 min 913 ədəd (+63 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (-23 %) 317 ədəd (-24 %), Koreya Respublikasından 669 min ABŞ dolları dəyərində (+48 %) 264 ədəd (dəyişməyib) məhsul alıb.
Azərbaycan 7 il 8 aylıq fasilənin ardından Polşadan (8,88 min ABŞ dolları dəyərində 2 ədəd), 4 il 7 ayın tamamında Niderlanddan (0,82 min ABŞ dolları dəyərində 1 ədəd) və 3 il 7 aylıq aradan sonra Gürcüstandan (5,33 min ABŞ dolları dəyərində 2 ədəd) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana 22 ölkədən idxal edilən 64 min 933 ədəd pul maşınının 61,2 %-i Çinin payına düşüb.