Azərbaycan 3 ölkədən hibrid avtomobil tədarükünü kəskin artırıb

Biznes
  • 06 sentyabr, 2023
  • 12:34
Azərbaycan 3 ölkədən hibrid avtomobil tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 129,3 milyon ABŞ dolları dəyərində 6 min 670 ədəd hibrid avtomobili (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 8,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Yaponiyadan 47,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 4 416 ədəd (-18 %), Almaniyadan 27,7 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 343 ədəd (+5,6 dəfə), Çindən 19,7 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 658 ədəd (+9,4 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 15 milyon ABŞ dolları dəyərində (+8,2 %) 566 ədəd (+28 %), Koreyadan 9 milyon ABŞ dolları dəyərində (+7,8 dəfə) 359 ədəd (+5,1 dəfə) hibrid avtomobili alıb.

2022-ci ildə Azərbaycana (15 ölkədən) idxal edilmiş 155,4 milyon ABŞ dollarlıq hibrid avtomobillərin 44,3 %-i Yaponiyanın, 21,1 %-i ABŞ-nin, 20,6 %-i Almaniyanın payına düşüb.

44 filmi