Azərbaycan 3 ölkədən gül tədarükünü bərpa edib
- 04 yanvar, 2024
- 09:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 7,9 milyon ABŞ dolları dəyərində 8 milyon 734 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 53 % çoxdur.
Hesabat dövründə Azərbaycan Evkadordan 4,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 95 % çoxdur) 3 milyon 270 min ədəd (+85 %), Niderlanddan 810 min ABŞ dolları dəyərində (+2 %) 499 min ədəd (-15 %), Kolumbiyadan 701 min ABŞ dolları dəyərində (+31 %) 433 min ədəd (+21 %), Keniyadan 606 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 451 min ədəd (+2,8 dəfə), Türkiyədən 319 min ABŞ dolları dəyərində (+54 %) 3 milyon 347 min ədəd (+37 %) gül alıb.
Azərbaycan 3 il 9 aydan sonra Filippindən (0,15 min ABŞ dolları dəyərində 0,03 min ədəd), 2 il 8 aylıq fasilənin ardından Meksikadan (0,1 min ABŞ dolları dəyərində 0,03 min ədəd) və 1 il 2 aylıq aradan sonra Zambiyadan (0,14 min ABŞ dolları dəyərində 0,2 min ədəd) tədarük bərpa edib.
2022-ci ildə Azərbaycana (48 ölkədən) idxal edilmiş 5,9 milyon ABŞ dolları dəyərində gülün 53 %-i Ekvadorun, 16,5 %-i Niderlandın, 11,1 %-i Kolumbiyanın, 5 %-i Keniyanın payına düşüb.