Azərbaycan 3 ölkədən avtomobil şini idxalını bərpa edib

Biznes
  • 07 iyul, 2023
  • 06:54
Azərbaycan 3 ölkədən avtomobil şini idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 28,9 milyon ABŞ dolları dəyərində 542 min 199 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15,3 %, kəmiyyət olaraq – 4,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 19 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 43 % çoxdur) 356 min 22 ədəd (+24,4 %), Türkiyədən 4,4 milyon ABŞ dolları dəyərində (-5 %) 82 min 483 ədəd (-24 %), Koreyadan 1,2 milyon ABŞ dolları dəyərində (+8,9 %) 32 min 457 ədəd (+11 %), Rusiyadan 917 min ABŞ dolları dəyərində (-48 %) 19 min 926 ədəd (-44,6 %), Yaponiyadan 551,6 min ABŞ dolları dəyərində (-26 %) 5 min 885 ədəd (-15 %) məhsul alıb.

Azərbaycan 11 il 2 ayın tamamında Kiprdən (84,55 min ABŞ dolları dəyərində 487 ədəd), 5 il 4 aylıq aradan sonra İsveçrədən (13,55 min ABŞ dolları dəyərində 76 ədəd) və 1 il 9 aylıq fasilənin ardından Şri-Lankadan (14,73 min ABŞ dolları dəyərində 86 ədəd) rezin şin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycanın xaricdən (34 ölkədən) aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.