Azərbaycan 3 ölkədən alışdırma şamı idxalını bərpa edib

Biznes
  • 07 mart, 2024
  • 13:25
Azərbaycan 3 ölkədən alışdırma şamı idxalını bərpa edib

2023-cü ildə Azərbaycana 5,1 milyon ABŞ dolları dəyərində 3 milyon 348 min 636 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 91 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çoxdur) 2 milyon 282 min 655 ədəd (+2,4 dəfə), Yaponiyadan 1,3 milyon ABŞ dolları dəyərində (+2,6 %) 273 min ədəd (-27 %), Almaniyadan 500 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 140 min 584 ədəd (+3,84 dəfə), Amerika Birləşmiş Ştatlarından 484 min ABŞ dolları dəyərində (+49 %) 14 min 923 ədəd (+2,3 dəfə), Cənubi Koreyadan 465 min ABŞ dolları dəyərində (+10 %) 154 min 112 ədəd (+1,2 %) məhsul alıb.

Azərbaycan 4 il 10 ayın tamamında İsveçdən (0,1 min ABŞ dolları dəyərində 30 ədəd), 2 il 6 aylıq fasilənin ardından Kanadadan (0,1 min ABŞ dolları dəyərində 6 ədəd) və 1 il 8 aylıq aradan sonra Avstriyadan (64,7 min ABŞ dolları dəyərində 22 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 30 ölkədən gətirilmiş 1 milyon 749 min 834 ədəd alışdırma şamlarının 55 %-i Çinin, 21,4 %-i Yaponiyanın payına düşüb.

44 - Tezliklə