Azərbaycan 2 ölkəyə suxarı ixracını kəskin artırıb
- 04 sentyabr, 2023
- 14:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 552 min ABŞ dolları dəyərində 304 ton suxarı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 10 % azdır.
Azərbaycan Rusiyadan 193 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % azdır) 98,52 ton (-43 %), Türkiyədən 183 min ABŞ dolları dəyərində (+14 %) 43,22 ton (-27 %), İrandan 113 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 141 ton (+2 dəfə), Ukraynadan 42,14 min ABŞ dolları dəyərində (-34 %) 16,33 ton (-43,6 %), İtaliyadan 5,62 min ABŞ dolları dəyərində (+6,8 dəfə) 0,63 ton (+4,2 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycan xaricə 273 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 97,91 ton (+2,5 dəfə) suxarı ixrac edib.
Azərbaycan Belarusa 111 min ABŞ dolları dəyərində 43,1 ton (bir il əvvəl tədarük olmayıb), Moldovaya 71,9 min ABŞ dolları dəyərində (-7,7 %) 24,45 ton (-8,5 %), Qazaxıstana 63 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 19,77 ton (+82 %), Gürcüstana 16 min ABŞ dolları dəyərində (+5 dəfə) 7,84 ton (+4,8 dəfə), Rusiyaya 11,17 min ABŞ dolları dəyərində 2,76 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilmiş 380 min ABŞ dolları dəyərində suxarının 29,2 %-i Moldovanın, 28,2 %-i Belarusun, 22,4 %-i Gürcüstanın payına düşüb.