Azərbaycan 2 ölkəyə günəbaxan yağı tədarükünü bərpa edib
- 11 iyul, 2023
- 06:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 19 milyon ABŞ dolları dəyərində 16 min 383 ton günəbaxan yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 2 % azdır.
Azərbaycan Rusiyadan 18,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 16 min 90 ton (-2 %), Türkiyədən 311 min ABŞ dolları dəyərində (-0,4 %) 170 ton (+6,3 %), Ukraynadan 147,4 min ABŞ dolları dəyərində (+5,8 %) 80,6 ton (+5,2 %), İtaliyadan 24,8 min ABŞ dolları dəyərində (+90 %) 8,2 ton (+54 %), Qazaxıstandan 31 min ABŞ dolları dəyərində 20,6 ton (ilk dəfə tədarük olub) məhsul gətirib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 1,2 milyon ABŞ dolları dəyərində (-75 %) 693,4 ton (-72 %) günəbaxan yağı satıb.
Azərbaycandan İraqa 1 milyon ABŞ dolları dəyərində (-59 %) 621,5 ton (-55 %), Gürcüstana 126,1 min ABŞ dolları dəyərində (-94 %) 70,5 ton (-93 %), Amerika Birləşmiş Ştatlarına 2,1 min ABŞ dolları dəyərində (+91 %) 1,2 ton (+2,2 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 0,25 min ABŞ dolları dəyərində 0,08 ton və Almaniyaya 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul ixrac edilib.
Yeddi il 1 aylıq fasilənin ardından Azərbaycandan Almaniyaya və 4 il 11 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərinə günəbaxan yağı tədarükü bərpa edilib.