Azərbaycan 2 ölkədən xurma idxal etməyə başlayıb
- 07 mart, 2024
- 06:23
2023-cü ildə Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 7 min 966 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 6 min 151 ton (+6 %), Tunisdən 2,1 milyon ABŞ dolları dəyərində (+32 %) 1 min 162 ton (+36 %), İsraildən 1,4 milyon ABŞ dolları dəyərində (+17 %) 189 ton (+16 %), Əlcəzairdən 507 min ABŞ dolları dəyərində (-47 %) 273 ton (-47 %), Səudiyyə Ərəbistanından 354 min ABŞ dolları dəyərində (+4 dəfə) 90,45 ton (+7,5 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları (ABŞ, 0,03 min ABŞ dolları dəyərində 0,01 ton) və Paraqvaydan (17 min ABŞ dolları dəyərində 2,5 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 7,4 min ton xurmanın 78,2 %-i İranın, 11,5 %-i Tunisin, 7 %-i Əlcəzairin payına düşüb.