Azərbaycan 2 ölkədən traktor alışını bərpa edib

Biznes
  • 09 iyun, 2023
  • 13:45
Azərbaycan 2 ölkədən traktor alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycana 39,3 milyon ABŞ dolları dəyərində 1 min 756 ədəd traktor idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Niderlanddan 11,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 537 ədəd (+3,7 dəfə), Almaniyadan 8 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 423 ədəd (+2,8 dəfə), Belarusdan 7,4 milyon ABŞ dolları dəyərində (+7,2 dəfə) 322 ədəd (+6,4 dəfə), İsveçdən 6,3 milyon ABŞ dolları dəyərində (+5,2 dəfə) 289 ədəd (+4,4 dəfə), Türkiyədən 1,8 milyon ABŞ dolları dəyərində (-28 %) 52 ədəd (-25 %) texnika alıb.

Dörd il 7 aylıq fasilənin ardından Belçikadan (50 min ABŞ dolları dəyərində 1 ədəd) və 2 il 2 aylıq aradan sonra Gürcüstandan (578 min ABŞ dolları dəyərində 12 ədəd) tədarük bərpa edilib.

2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilən 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti