Azərbaycan 2 ölkədən tozsoran idxalını bərpa edib

Biznes
  • 28 iyun, 2023
  • 12:28
Azərbaycan 2 ölkədən tozsoran idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 5,72 milyon ABŞ dolları dəyərində 102 min 434 ədəd tozsoran idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 3,3 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 2,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 47 min ədəd (-25 %), Vyetnamdan 1,581 milyon ABŞ dolları dəyərində (-15 %) 21 min 555 ədəd (-28 %), Türkiyədən 711 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 27 min 340 ədəd (+3,1 dəfə), Polşadan 302 min ABŞ dolları dəyərində (-16 %) 2 min 188 ədəd (-12 %), Malayziyadan 251 min ABŞ dolları dəyərində (+8 dəfə) 1 639 ədəd (+4 dəfə) məhsul alıb.

İki il 4 aylıq fasilənin ardından Azərbaycan İsveçrədən (10,6 min ABŞ dolları dəyərində 161 ədəd) və 1 il 2 aylıq aradan sonra Estoniyadan (0,74 min ABŞ dolları dəyərində 2 ədəd) tozsoran idxalını bərpa edib.