Azərbaycan 2 ölkədən tikiş maşını idxalını bərpa edib
- 13 yanvar, 2024
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 3,5 milyon ABŞ dolları dəyərində 16 min 229 ədəd tikiş maşını idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 47 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % azdır) 12 min 219 ədəd (-54 %), Türkiyədən 429 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 268 ədəd (-18 %), Yaponiyadan 341 min ABŞ dolları dəyərində (+38 %) 96 ədəd (+14 %), Tailanddan 302 min ABŞ dolları dəyərində (+47 %) 2 min 560 ədəd (+7 %), Çexiyadan 178,5 min ABŞ dolları dəyərində 25 ədəd tikiş maşını alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Cənubi Koreyadan (0,36 min ABŞ dolları dəyərində 1 ədəd) və 2 il 3 aylıq fasilənin ardından Çexiyadan tədarükü bərpa edib.