Azərbaycan 2 ölkədən qarabaşaq idxalını bərpa edib
- 08 avqust, 2022
- 05:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycan 5,334 milyon ABŞ dolları dəyərində 4 min 839 ton qarabaşaq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,17 min dəfə, kəmiyyət olaraq – 8,64 min dəfə çoxdur.
Hesabat dövründə Rusiyadan 5,283 milyon ABŞ dolları dəyərində 4 min 794 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 49,5 min ABŞ dolları dəyərində 45 ton, Almaniyadan 0,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,4 dəfə artıb) 0,02 ton (+4 dəfə) və Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
Dörd il 3 aylıq aradan sonra Qazaxıstandan, 2 il 4 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib.