Azərbaycan 2 ölkədən ördək əti tədarük etməyə başlayıb

Biznes
  • 07 mart, 2024
  • 06:57
Azərbaycan 2 ölkədən ördək əti tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 147,14 min ABŞ dolları dəyərində 44,3 ton ördək əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq 45 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 103,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 39 ton (+78 %), Macarıstandan 16,8 min ABŞ dolları dəyərində (-82 %) 2,5 ton (-88 %), Niderlanddan 15,43 min ABŞ dolları dəyərində (+56 %) 2,52 ton (+4 %), Lüksemburqdan 7,69 min ABŞ dolları dəyərində (-20 %) 0,31 ton (-22 %), Kanadadan 1,9 min ABŞ dolları dəyərində 0,3 ton məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapur (0,15 min ABŞ dolları dəyərində 0,01 ton) və Kanadadan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti