Azərbaycan 2 ölkədən meyvə ağaclarının idxalını bərpa edib

Biznes
  • 29 mart, 2024
  • 08:05
Azərbaycan 2 ölkədən meyvə ağaclarının idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 13,5 milyon ABŞ dolları dəyərində 5 milyon 734 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 8,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 3 milyon 903 min ədəd (+16 %), İtaliyadan 1,8 milyon ABŞ dolları dəyərində (+39 %) 380 min ədəd (+39 %), Yunanıstandan 760 min ABŞ dolları dəyərində (-3,8 %) 460 min ədəd (-10 %), Niderlanddan 639,5 min ABŞ dolları dəyərində (+37 %) 93,7 min ədəd (-71 %), Fransadan 571 min ABŞ dolları dəyərində (-32 %) 108 min ədəd (-26 %) məhsul alıb.

Azərbaycan 6 il 11 ayın tamamında Xorvatiyadan (20,1 min ABŞ dolları dəyərində 15 min ədəd), 1 il 7 aydan sonra Belçikadan (391 min ABŞ dolları dəyərində 68 min ədəd) tədarükü bərpa edib.