Azərbaycan 2 ölkədən makaron tədarükünü bərpa edib

Biznes
  • 13 iyul, 2023
  • 12:16
Azərbaycan 2 ölkədən makaron tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5,8 milyon ABŞ dolları dəyərində 4 min 532 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,4 % çoxdur) 3 min 183 ton (-2 %), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+13 %) 940,4 ton (-9 %), İtaliyadan 397,1 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 227,8 ton (+4 dəfə), Ukraynadan 226,6 min ABŞ dolları dəyərində (+3 dəfə) 100,1 ton (+2,8 dəfə), Gürcüstandan 49,6 min ABŞ dolları dəyərində 12 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 3 il 6 ayın tamamında Yaponiyadan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 3 aylıq fasilənin ardından Niderlanddan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (33 ölkədən) idxal edilmiş 17 min ton makaron məmulatının 70 %-i Türkiyənin payına düşüb.