Azərbaycan 2 ölkədən dondurma alışını kəskin artırıb

Biznes
  • 15 avqust, 2023
  • 12:44
Azərbaycan 2 ölkədən dondurma alışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycana 4,3 milyon ABŞ dolları dəyərində 820 ton dondurma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 25,4 % çoxdur.

Azərbaycan Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25,5 % çoxdur) 281 ton (+6,5 %), Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (+21 %) 321,52 ton (+19 %), Ukraynadan 313,5 min ABŞ dolları dəyərində (+28 %) 82,8 ton (+28 %), Belarusdan 296,5 min ABŞ dolları dəyərində (+7 dəfə) 79,4 ton (+7,9 dəfə), Qazaxıstandan 137,5 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 26,5 ton (+3,5 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 277,3 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 70 ton (+2,1 dəfə) dondurma ixrac edib.

Azərbaycandan İsrailə 178,7 min ABŞ dolları dəyərində (bir il əvvəl tədarük olmayıb) 44,4 ton və Türkmənistana 98,6 min ABŞ dolları dəyərində (+6 dəfə) 25,6 ton (+6,5 dəfə) məhsul göndərilib.

44 filmi